Veb sayt nədir və üstün  cəhətləri hansılardır ?

Veb sayt nədir və üstün cəhətləri hansılardır ?

Veb sayt, vebdəki səhifələr : məlumat ötürən və ya , vizual və animasiya şəklində xidmətlər göstərən bütün səhifələri əhatə edən sənədlər toplusudur.
Veb : Qarşılıqlı internetdə işləyən və veb sayt ünvanlarında "www" ilə başlayan səhifələrə baxmağa imkan verən bir xidmət şəbəkəsidir. WWW açılımı isə "World Wide Web" olaraq bilinir.

1.Cari məlumat mənbəyidir.
Sizinlə və ya firmanızla bağlı məlumatlar yeniləndikcə,bu məlumatları müştərilərinizə və ya sizi izləyənlərə çatdırmaq çətin ola bilər və siz ən yeni məlumatları davamlı olaraq saytda yerləşdirməklə onlara, rahatlıqla məlumatları çatdıra bilərsiniz.

2.Google ilə dostluq körpüsüdür.
Sizinlə və ya firmanızla bağlı məlumat öyrənmək istəyən biri, əvvəlcə Google-də axtarış etməyə başlayacaqdır və sizin veb saytınız Google-nın verdiyi şərtləri ödəyirsə, siz ilk sıralarda müştərinizin qarşısına çıxacaqsınız.

3. Veb sayt,sizin imicinizdir.
Veb saytınız varsa,siz müsbət imicə sahib olacaqsınız.

4.Veb sayt, sosial medianı bəsləyir.
Veb saytda paylaşılan postları, sosial şəbəkədə paylaşaraq,veb sayta baxış sayını çoxalda bilərsiniz və Google axtarışlarda ön sıralarda olacaqsınız.

5. Veb sayt, sizin arxivinizdir.
Siz dəyişiklik etmədiyiniz surətdə,hər bir insan o postları görə bilər.

6.Veb sayt ilə siz reklamlar edə bilərsiniz.
Gələcəkdə bəzi firmaların reklamlarını edərək,daha yüksəklərə qalxa bilərsiniz.

Son Paylaşımlar
Domain nədir?
Domain nədir?

2020-08-16